Azərbaycanın iki diplomatı İrandan təxliyə edildi

  • Müəllif: Firuzə
  • 06 Mart 2026 23:52

Azərbaycanın iki diplomatı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə edilib.

Gununsesi.info  “Report”a istinadən xəbər verir ki, təxliyə olunanlar arasında Rusiyanın da üç diplomatı olub.

Bundan başqa, Çexiyanın da 3 diplomatı İrandan Azərbaycana təxliyə edilib.

Daha əvvəl də xəbər verdiyimiz kimi, martın 6-da saat 18:00-dan 21:00-dək İrandan Azərbaycana 26 ölkənin 210 vətəndaşı təxliyə olunub.

Gununsesi.info