AZAL-ın təyyarəsində nasazlıq

  • By admin
  • 14 Avqust 2021 15:51

Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan “Azərbaycan Hava Yolları” aviaşirkətinin Airbus A320 təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.

Gununsesi.info xəbər verir ki, bu barədə AZAL-dan verilən açıqlamada bildirilir.

“Sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.

Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək”.

Gununsesi.info