AZAL onların populyarlığından görün necə sui- istifadə etdi

  • By admin
  • 05 Avqust 2024 09:47

Paris Yay Olimpiya Oyunlarında ölkəmizə qızıl medal gətirən idmançılarımız  Hidayət Heydərov və Zelim Kotsoyev  bu qalibiyyətlərindən sonra ölkədə məhşurlaşıblar.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Hava Yolları Dövlət Konserni (AZAL)-ın rəhbərliyi onların gündəmdə olması şansını qaçırmayaq öz reklamı üçün istifadə edib.

Belə ki, vətənə ayağını qoyan idmançılarımız hava limanında sürprizlə rastlaşıb.

Hər iki idmançıya xarici səfər üçün pulsuz bilet verən AZAL rəhbərliyi bunu xüsusi afişaya yazaraq hava limanında onların əlindəki fotoları ilə yayıb.

Ancaq idmançıların qələbəsindən sui-istifadə edən AZAL-ın rəhbərliyi sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid olunub.

Tanınmış jurnalist Elçin Rüstəmli yazır:

Hava limanına düşən kimi Olimpiya qaliblərinin əlinə reklam lövhəsi verib onların populyarlığından vəhşicəsinə bəhrələnmək cəhdi yumşaq desək, biznes etikası ilə bir araya sığmır. Bu, ictimaiyətə, idmançılara qarşı hörmətsizlik və onların ictimai nüfuzuna zərbədir.

 

Afət Abbasova

Gununsesi.info