Azərbaycan millisi Macarıstana məğlub olur - YENİLƏNİR

  • By Günel
  • 10 İyun 2025 21:43

Azərbaycan millisinin Macarıstanla yoxlama oyununda ikinci hissə başlayıb.

Gununsesi.info xəbər verir ki, “Liv Bona Dea Arena”da təşkil olunan görüşdə qonaqlar 2:1 hesabı ilə öndədir.

***

20:35

Azərbaycan – Macarıstan yoxlama oyununda qonaqlar hesabda önə keçib.

Gununsesi.info xəbər verir ki, macarların yarımmüdafiəçisi Dominik Soboslai 33-cü dəqiqəsində fərqlənib.

***

20:08
Azərbaycan millisi Macarıstanla keçirilən yoxlama oyununda hesabı bərabərləşdirib.

Gununsesi.info xəbər verir ki, yığmanın hücumçusu Renat Dadaşov 8-ci dəqiqədə qol vurub.

***

20:07
Macarıstan Azərbaycanla keçirilən yoxlama oyununda hesabı açıb.

Gununsesi.info xəbər verir ki, “Liv Bona Dea Arena”da təşkil olunan görüşün 5-ci dəqiqəsində Barnabaş Varqa fərqlənib.

***

20:00
Azərbaycan və Macarıstan milli komandaları arasında yoldaşlıq görüşü start götürüb.

Gununsesi.info xəbər verir ki, oyun “Liv Bona Dea Arena”da keçirilir.

10 iyun

Yoldaşlıq görüşü

20:00. Azərbaycan – Macarıstan 1:2 (İKİNCİ HİSSƏ)

Qol: R.Dadaşov – 8; B.Varqa – 5, D.Soboslai – 33.

Baş hakim: Viktor Şimusik (Belarus)

Baş hakimin köməkçiləri: Sergey Kasavets, Anton Qusev (hər ikisi Belarus)

Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan)

Liv Bona Dea Arena.

Gununsesi.info