
Azərbaycan Ordusunun mövqeyləri atəşə tutulub.
Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.
“Martın 18-i saat 16:40-dan 18:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub”, – deyə məlumatda qeyd olunub.