Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Azərbaycanda professor ölüb.

Gununsesi.info-nun məlumatına görə, Bakı Dövlət Universitetinin “Riyazi kibernetika” kafedrasının müdiri 75 yaşlı Kamil Bayraməli oğlu Mənsimov vəfat edib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, K.Mənsimov 1950-ci il dekabrın 10-da Biləsuvar rayonunda anadan olub.
1973-cü ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsini bitirib.1974-1978-ci illərdə AEA Kibernetika İnstitutunun aspirantı olub.

1979-cu ildə doktorluq dissertasiyası müdafiə edib.

Əmək fəaliyyətinə 1973-cü ildə AEA-nın Kibernetika institutunda baş laborant kimi başlayıb, 1992-ci ildə BDU-nun Tətbiqi-riyaziyyat fakültəsinə keçib, orada dosent, professor vəzifəsində işləyib. 1998-ci ildən “Riyazi kibernetika” kafedrasının müdiri vəzifəsində çalışıb. O, eyni zamanda Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun “Mürəkkəb dinamik sistemlərin idarə olunması” laboratoriyasının müdiri olub.

200-dən çox elmi məqalənin, 2 monoqrafiya və 2 kitabın müəllifidir.

Professor Kamil Mənsimov Prezident İlham Əliyevin sərəncamları ilə “Tərəqqi” medalı və “Şöhrət” ordeni ilə təltif edilib.

 

Gununsesi.info