“Azərpoçt”un rəhbəri işdən çıxdı - Yeni təyinat-Foto

  • Müəllif: Firuzə
  • 20 Aprel 2026 10:06

“Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən İsi Mustafayev işdən çıxıb.

Gununsesi.info  Report-a istinadla xəbər verir ki, o, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin İH sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, İ. Mustafayev 2000-ci ildən müxtəlif şirkət və banklarda iqtisadçı və departament direktoru kimi rəhbər vəzifələrdə çalışıb, 2021–2022-ci illərdə “Azərpoçt”un baş direktorunun müavini vəzifəsini icra edib, həm də şirkətin İH-nin üzvü olub.

***

APA-nın məlumatına görə, “Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsi Manaf Babayevə həvalə edilib.

Qeyd edək ki, M. Babayev bundan öncə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) baş maliyyə direktorunun müavini olaraq çalışıb.

Fotoda: Manaf Babayev

 

 

Gununsesi.info