Bakı metrosu fəaliyyətini bərpa edir? - AÇIQLAMA

  • By admin
  • 28 Avqust 2020 10:17

“Bakı Metropoliteni” fəaliyyətə tam hazır vəziyyətdədir.

Gununsesi.infobildirir ki, bu barədə Oxu.Az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, dünən və bu gün metronun açılacağı tarixlə bağlı heç bir məlumat verilməyib:

“Metroda infrastruktur hazır vəziyyətdə saxlanılır. Biz də fəaliyyətə başlamaq üçün qərar gözləyirik. Yaxın zamanda metronun fəaliyyəti bərpa olunarsa, qurum olaraq sərnişinlərimizin xidmətində olacağıq”.

Gununsesi.info