Bakıda əyləncə parkında dağılan fontan təhlükə saçır - VİDEO

Bakının Xətai rayonunun Rahib Məmmədov küçəsi, 20 ünvanında yerləşən “Uşaq-əyləncə” parkındakı fontan dağılıb və uşaqlar üçün təhlükə mənbəyinə çevrilib.

Belə ki, fontanın üzərində və ətrafında olan dəmir hissələr köhnələrək sınıb.

HTML tutorial

Valideynlərin sözlərinə görə, parkda yerləşən dağılmış fontandan anidən su gəlir və orada dayanan uşaqlar islanırlar:

“Oğlumun velisopedinin təkəri dağılan fontana girib. O tərəfə keçməyinə icazə vermirəm”.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Gununsesi.info