Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb

  • Müəllif: Firuzə
  • 21 Avqust 2025 15:43

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Gununsesi.info-nun xəbərinə görə, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Ucar rayonunun Qazıqumlaq kənd sakini, 1979-cu il təvəllüdlü İlham Həmid oğlu Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Gülnaz İlham qızı Məmmədovanı bıçaqla qətlə yetirib. Daha sonra özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info