Bakıda 19 yaşlı qızı avtomobil vurdu

  • By Günel
  • 14 Sentyabr 2024 09:54

Bakının Xətai rayonunda 19 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, 2005-ci il təvəllüdlü Diana Vüqar qızı Nuriyeva yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info