Bakıda 22,5 milyon manata muzey yaradılacaq

  • Müəllif: Firuzə
  • 04 Avqust 2026 16:02

Bakıda parkda Təbiət Tarix Muzeyi yaradılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “iqtisadiyyat.az” Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat əldə edib.

Məlumata görə, Ceyhun Hacıbəyli küçəsində yerləşən yeni salınmış park ərazisində Təbiət Tarixi muzeyinin yaradılması, interyer işlərinin görülməsi, Muzeyin eksponatlarla təchiz edilməsi işlərinin aparılması nəzərdə tutulub.

Razılaşmaya əsasən, bu işləri “Fortis Construction” şirkəti həyata keçirəcək.

Müqaviləyə əsasən, sözügedən işlərin icrasına 22,5 milyon manat sərf olunacaq.

Gununsesi.info