Bakıda 46 küçədə təmir işləri yekunlaşdı

  • Müəllif: Firuzə
  • 01 Sentyabr 2026 20:35

Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda yol yenilənib.

Bu barədə Gununsesi.info -ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin bütün rayonlarını əhatə edən genişmiqyaslı təmir proqramı icra olunur. Proqram çərçivəsində 111 küçə və prospektin təmiri nəzərdə tutulub.

Artıq 46 küçədə işlər yekunlaşıb, ümumilikdə 32 kilometr uzunluğunda yol yenilənib. Hazırda 20 küçədə təmir işləri davam etdirilir.

Gununsesi.info