Bakıda avtomobil qadını vuraraq öldürdü

  • By Günel
  • 21 Yanvar 2025 09:11

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb.

Ənvər Əliyev idarə etdiyi “Chverolet” markalı avtomobillə yolu keçən İlhamə Ağayevanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info