
Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 50 m² olan avtomobil təmiri sexinində yanğın olub.
Gununsesi.info xəbər verir ki, sexdə təmirə dayanan “Jaguar” markalı minik avtomobilinin mühərrik hissəsi, ön tərəfi və 2 ədəd təkəri yanıb. Avtomobilin qalan hissəsi və sex yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info