İki gün əvvəl atasını itirən aparıcının bu hərəkəti tənqid edildi

  • By admin
  • 01 Dekabr 2021 19:24

Bir neçə gün əvvəl atasını xərçəngdən itirən türkiyəli aparıcı və pilates müəllimi Ebru Şallının son paylaşımları təndiqlərə tuş gəlib.

Gununsesi.info xəbər verir ki, aparıcı instaqram hesabında iki gün əvvəl atasını itirməsinə baxmayaraq reklam postları paylaşıb.

İzləyicilər onun ünvanına “21-ci əsrdə ölüm acısı belə günlük deyil, saatlıqdır”, “Öncə başın sağ olsun. Amma atanı itirmisən, get bir az acını yaşa, sosial media heç yerə qaçmır” kimi şərhlər yazıb.

Şallı tənqidlərin ardından reklamları silmək məcburiyyətində qalıb.

Qeyd edək ki, aparıcının 10 yaşlı oğlu Pars da 2020-ci ilin aprelində xərçəngdən vəfat edib.

Gununsesi.info