Bakıda bu binalarda istilik yoxdur

  • By admin
  • 16 Noyabr 2021 21:42

Xətai rayonu, Gəncə prospekti 89-95 ünvanlarında yerləşən binalarda istilik yoxdur.

Gununsesi.info Xezerxeber.az-a istinadən xəbər verir ki, dünəndən Bakıda istilik mövsümünə rəsmi olaraq başlansa da, bəzi binaların sakinləri istilik üzünə həsrət qalıblar.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, amma şikayətləri cavabsız qalıb.

Havaların qeyri-sabit keçməsi isə soyuq evlərin sakinlərinin vəziyyətini daha da çətinləşdirib.

Məsələ ilə bağlı “Azəristiliktəchizat”ın rəsmisi Rafiq Əliyev bildirib ki, qazanxanalar qrafik üzrə işə salınır. Həmin binalar da qrafikə əsasən bu gün gecədən etibarən istiliklə təmin olunacaqlar.

Gununsesi.info