Bakıda dəhşətli hadisə - ÖLƏNLƏR VAR

  • By admin
  • 28 Sentyabr 2021 14:09

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Gununsesi.info-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 27-də saat 20 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Abşeron rayon sakini A.Hüseynov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Adil Canatovu və Tərlan Şahpələngovu vurub. Nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info