Bakıda jurnalisti döydülər

  • By admin
  • 29 Sentyabr 2021 01:30

“Yasamal rayonu icra hakimiyyətinin başcısı Elşad Həsənova məxsus olduğu bildirilən “Dəyirman” restoranında canlı yayımla çəkiliş aparan jurnalist Əvəz Hafizliyə qarşı göstərilən təziq nəticəsində sağ əlində sümük sınığı və vətərlərində zədələnmə baş vermişdir”.

Bu fikirləri Kanal 13 internet televiziyasının redaktoru Əziz Qaraşov özünün sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, həmçinin həmkarının telefonu əlindən alınaraq sındırılıb:

“Məsələyə hüquq müdafiəçilərinin, jurnalistlərin, ictimai fəallarınvə eləcədə aktiv insanları biganə qalmamağa çağırıram”.

 

Gununsesi.info