Bakıda kişi tanışını bıçaqlayıb

  • Müəllif: Admin08
  • 03 Oktyabr 2025 09:43

Bakıda 55 yaşlı kişi tanışını bıçaqlayıb.

Gununsesi.info xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü Ağa Cəfərov Biləcəri qəsəbəsində yerləşən kafenin qarşısında 1973-cü il təvəllüdlü Nüsrət Həsənovu bıçaqlayıb.

Binəqədi RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətmiş Ağa Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info