Bakıda ötən gün itkin düşən qız tapıldı

  • By admin
  • 06 Yanvar 2021 13:53

Dünən itkin düşən qız tapılıb.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Gununsesi.org-a verilən məlumata görə, axtarılan 12 yaşlı  Ləman Şahbazova tapılaraq qurumun nəzarətinə götürülüb.

L.Şahbazova Sabunçu rayonu ərazisində tapılaraq bu səhər “Nur” uşaq evinə yerləşdirilib. Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

Müvafiq tədbirlər görülür.

Qeyd edək ki, Kütləvi İnformasiya Vasitələrində 12 yaşlı Ləman Şahbazovanın Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən çıxaraq geri qayıtmadığı ilə bağlı məlumat öz əksini tapmışdır.

Gununsesi.org