Bakıya getməmək qəbuledilməzdir -Simonyan

Ermənistan nümayəndə heyətinin Bakıda keçiriləcək “3+3” görüşündə iştirakı mümkündür.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Ermənistan nümayəndə heyətinin Bakıda keçiriləcək hər hansı bir tədbirdə iştirakını istisna etmirəm. Hansısa bir sualınız olsa, onları qaldıracağıq, amma fikrimcə, iştirak etməmək sadəcə qəbuledilməzdir”, – o bildirib.

 

Gununsesi.info