Balıq tutan kişi çayda boğulub

  • By Günel
  • 16 Yanvar 2025 08:31

İmişlidə balıq tutmağa gedən kişi çayda boğulub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Şəmmədli kəndi ərazisində baş verib.

Belə ki, rayon sakini 58 yaşlı Rizvan Süleymanov çayda balıq tutarkən, ehtiyatsızlıqdan çaya düşərək boğulub.

Onun meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info