Baş nazir: Salome Zurabişvili faktiki olaraq Gürcüstanın Prezidenti deyil

  • By Günel
  • 04 Sentyabr 2024 12:45

Salome Zurabişvili faktiki olaraq Gürcüstanın Prezidenti deyil.

Gununsesi.info APA – ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, Salome Zurabişvili Konstitusiyanı pozduqdan sonra faktiki olaraq Gürcüstanın Prezidenti deyil:

“Salome Zurabişvili Gürcüstanın prezidenti deyil. O özü Konstitusiya Məhkəməsinin legitimliyini ona qarşı iddia qaldıranda tanıyıb. Konstitusiya Məhkəməsi Salome Zurabişvilinin qeyri-legitim prezident olduğunu, konstitusiyanı pozan prezident olduğunu müəyyən edib. Salome Zurabişvilinin prezident postunu formal olaraq qoruyub saxlamasının yeganə səbəbi (müxalif) “Milli Hərəkat”ı dəstəkmələsidir”.

Gununsesi.info