Başqırdıstanda yanğın zamanı üç uşaq həlak olub

  • By Günel
  • 09 İyun 2025 21:42

Rusiyanın Başqırdıstan Respublikasında fərdi evdə baş verən yanğın nəticəsində üç uşaq həlak olub.

Gununsesi.info “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

“Başqırdıstan FHN-ə Baltaçevo rayonunun Starobaltaçevo kəndində taxta verandalı fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi zamanı evdə 16, 9 və 3 yaşlı uşaqların meyitləri aşkar edilib”, – nazirlikdən bildirilib.

Yanğının səbəbləri nazirliyin regional baş idarəsinin işçi qrupu, müstəntiqlər və yanğın-sınaq laboratoriyasının eksperti tərəfindən müəyyən ediləcək.

Gununsesi.info