Gürcüstanda yeni cəza növü

  • By Günel
  • 09 İyun 2025 21:56

Gürcüstanda qanuni əsası olmadan qalan əcnəbilərə qarşı yeni cəza növü tətbiq olunacaq.

Gununsesi.info xəbər verir ki, bununla bağlı ölkənin cinayət və inzibati xətalar məcəllələrinə əlavələr ediləcək.

“Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib ki, Gürcüstanda qalma qaydalarını pozan əcnəbilər ölkədən qovulacaq və onların ölkəyə girişinə müəyyən müddətə qadağa qoyulacaq. O, qanun pozuntularına yol vermiş əcnəbilər üçün cərimələrin məbləğinin artırılacağını, onların ölkədən çıxarılması prosedurunun sadələşdiriləcəyini qeyd edib.

M.Mdinaradzenin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə əcnəbinin Gürcüstandan çıxarılması və ölkəyə girişinə qadağa kimi yeni inzibati cəza növünün əlavə edilməsi nəzərdə tutulub.

Gununsesi.info