
İğtişaşların yatırılması üçün Los-Ancelesə Milli Qvardiya göndərilməsəydi, şəhər tamamilə məhv edilərdi.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
“Kaliforniyada baş verən zorakı iğtişaşların yatırılması üçün Milli Qvardiyanın göndərilməsi əla qərar idi”, – o bildirib.
Trampın sözlərinə görə, əgər bu addım atılmasaydı, “Los-Anceles yer üzündən silinərdi”.
O, həmçinin Kaliforniya qubernatoru Qevin Nyusomu və Los-Anceles meri Karen Bassı tənqid edərək, federal yardımın lazım olmadığını iddia etmək əvəzinə “prezident Trampa təşəkkür etməli” olduqlarını bildirib.