Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden nevada ştatında da üstünlük əldə edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Nevadada seçki bülletenlərinin 76%-i hesablanıb. Nəticəyə əsasən, Bayden 49,5%, hazırkı prezident Donald Tramp isə 48,9% səs toplayıb. Namizədlər arasında səs fərqi təxminən 1%, yaxud 12 min səs təşkil edir.
Qeyd edək ki, noyabrın 3-də keçirilmiş prezident seçkilərində Baydenlə Tramp arasında rəqabət davam edir.
Gununsesi.info