Bayden: "Putinə dedim ki, Navalnını qanunsuz həbs etmisiz"

  • By admin
  • 07 Fevral 2021 16:26

Dünən ABŞ prezidenti Co Bayden ilk dəfə Putinlə danışğından sonra Vaşinqtonda çıxış edib:

“Mən Putinə açıq aydın söylədim ki, Amerika artıq o Amerika deyil. Və artıq heç bir güzəştə getməyəcək. Heç bir aqressiyaya və siyasi oyunlara göz yummayacaq.
Biz 5 illik ölkələr arası nüvə silahının istifadə olunmaması üzrə sazişə imza atdıq. Amma mən qeyd etdim ki, bu bizim aramızda imza atıla biləcək yeganə sazişdir.
Siz insanların azad toplaşmaq hüquqların pozursunuz. O cümlədən cənab Navalnin hüquqlarını pozmusunuz. O, da hər bir Rus vətəndaşı kimi öz hüquqlarından istifadə etmək gücünə malik olmalıdır. Onun həbsin pisləyir və dərhal, qeyri-şərtsiz azad etmənizi tələb edirik”.

Gununsesi.info