“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni, “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Səlcuq Bayraqdar Türkiyənin ilk milli İnsansız Uçuş Aparatının (İHA) görüntülərini paylaşıb.
Gununsesi.info xəbər verir ki, o, İHA-nın ilk dəfə 2007-ci ildə Türkiyə Silahlı Qüvvələrinin (TSK) arsenalına təhvil verildiyini açıqlayıb.
“Xanımlar və bəylər, qarşısınızda TSK-nın invertarına daxil olan ilk milli İHA… 2007-ci ildən bəri aktiv xidmətdədir. Yenilənmiş özəllikləri ilə “Bayraktar Mini İHA D”nin boyu kiçik olsa da yaşına hörmət edərək ona “AKINCI”nın babası deyirik”, – Bayraqdar bildirib.