Belarusda etiraz aksiyalarında 40-dan çox adam saxlanılıb

  • Müəllif: admin
  • 05 Sentyabr 2020 14:44

Cümə günü Belarusda keçirilən kütləvi etiraz aksiyaları zamanı 41 nəfər saxlanılıb.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Dünən, sentyabrın 4-də ölkədə ictimai-siyasi kütləvi tədbirlər keçirilib. Kütləvi tədbirlər haqqında qanunvericiliyi pozduğuna görə 41 nəfər tutulub. İnzibati qayda pozuntuları üzrə işlərə məhkəmədə baxılmadan əvvəl 21 nəfər saxlanma məntəqələrinə yerləşdirilib”, – Mətbuat xidmətinin “Telegram”dakı məlumatında deyilir.

 

Gununsesi.info