
Bərdədə 50 yaşlı qadın paltar asarkən yaşayış binasının üçüncü mərtəbəsindən yıxılıb.
Gununsesi.info -nun xəbərinə görə, hadisə rayonun məcburi köçkünlərin məskunlaşdığı 588 saylı qəsəbəsində qeydə alınıb.
1975 – ci il təvəllüdlü Vəzifə Hümbətova yaşadığı evin eyvanında ipə paltar asarkən ehtiyatsızlıqdan üçüncü mərtəbədən yıxılıb.
Yaralı Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.