Beyləqanda altıotaqlı ev yanaraq külə dönüb.
Gununsesi.info xəbər verir ki, hadisə ötən gecə rayonunun Qəhrəmanlı kəndində baş verib.
Məlumata görə, kənd sakini Bəhmən Etibar oğlu Kərimova məxsus 6 otaqlı yaşayış evində baş verən yanğın nəticəsində ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, ev sahibi Bəhmən Kərimov FHN-in Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.











