Bill Qeyts qlobal problemlə mübarizəyə 2 milyard ayırdı

  • By admin
  • 15 Fevral 2021 14:13

“Maykrosoft” şirkətinin təsisçisi Bill Qeyts yaxın beş ildə qlobal iqlim dəyişikliyi ilə mübarizə layihələrinə 2 milyard dollar yatırmaq niyyətindədir.

Bu barədə Bill Qeyts Almaniyanın “Handelsblat” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, dünya dövlətləri də iqlimin müdafiəsi ilə bağlı tədqiqatlar üçün xərcləri minimum 5 dəfə artıraraq 110 milyard dollara çatdırmalıdırlar.

Bill Qeyts, həmçinin dünya sənayesinin atom enerjisindən imtina etməməsi gərəkdiyini bildirib. Milyarderin fikrincə, günəş və külək enerjisi elektrikə olan qlobal tələbatı qarşılamaq gücündə deyil.

Gununsesi.info