Bir ayda 200-dən çox şəxs adını dəyişdirdi -Rəsmi

Bu ilin yanvar ayı ərzində 216 şəxsin soyadının, adının və ya ata adının dəyişdirilməsi qeydə alınıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Teleqraf-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 45-i kişi, qalanları qadındır.

Qeyd olunub ki, adlar, soyadlar daha çox vətəndaşın istəyi ilə, o cümlədən nikahdan əvvəlki soyada qayıtmaq, yaxud ərlə (arvadla) eyni soyadı daşımaq arzusundan dəyişdirilib.

Gununsesi.info