Bolqarıstan prezidentinin istefası təsdiqləndi

  • Müəllif: Firuzə
  • 23 Yanvar 2026 19:16

Bolqarıstan Respublikasının Konstitusiya Məhkəməsi ölkə prezidenti Rumen Radevin istefa ərizəsini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə məhkəmənin veb saytında məlumat verilib.

Bolqarıstan Konstitusiyasına əsasən, ölkənin vitse-prezidenti İliana İotova səlahiyyət müddətinin qalan hissəsində prezident vəzifəsini icra edəcək. Onun səlahiyyət müddəti 2027-ci ilin yanvar ayında bitir.

Gununsesi.info