“Brent” ucuzlaşdı

  • Müəllif: Firuzə
  • 21 İyul 2026 09:07

Dünya əmtəə bazarlarında neft yenidən ucuzlaşıb.

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında “WTI” markalı neftin avqust fyuçersləri 0,41 ABŞ dolları və ya 0,49% ucuzlaşaraq bir barel üçün 82,82 ABŞ dolları olub.

Londonun “ICE” birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,74 ABŞ dolları və ya 0,83% azalaraq 88,48 ABŞ dollarına enib.

Gununsesi.info