Xəbər verdiyimiz kimi, Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Bu barədə məsələ Milli Məclisin iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
İlk baxışdan yaxşı səslənsə də, burada başqa məqamların da müzakirəsi gedir.
Daha dəqiq, bəzi iqtisadçı və siyasətçilər bunun artım olmadığını düşünür.
Sözügedən məsələ ilə bağlı AĞ Partiya sədri Tural Abbaslı Gununsesi.info-ya danışıb.
O bildirib ki, bu, əslində, artım yox, infliyasadır:
“Belə deyək, indeksləşdirmə oldu. Bəzilərini bunu artım kimi qəbul edir. Ancaq belə deyil. Belə izah edim, bu gün beş-on manatla nə əldə etmək olurdusa, artımdan sonra üstünə də qoyanda yenə eyni şeyləri əldə etmək olur. Aydın məsələdir ki, bu da artım deyil. Bu, yürüdülən siyasət nəticəsində pulun dəyərdən düşməsinin konpensasiya olunmasıdır. Azərbaycanda ildə bir dəfə, Türkiyədə iki, Avropada isə dörd dəfə baxırlar artım məsələsinə”.
Elmar












