Bu gün imtahandır - YENİLƏNİB

  • By Günel
  • 16 Mart 2025 11:08

Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirib.

Bu barədə Gununsesi.info-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 21 binada təşkil olunub.

İmtahanın idarə edilməsi üçün 43 imtahan rəhbəri, 327 nəzarətçi, 21 ümumi imtahan rəhbəri, 42 buraxılış rejimi əməkdaşı ayrılıb.

Sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3‑ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır.

Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

***

Bu gün, 16 mart 2025-ci il tarixində, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçiriləcək.

DİM-dən Gununsesi.info -ya bildirilib ki, sınaq imtahanı, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq təşkil edilir. Bu imtahan vasitəsilə abituriyentlərə qəbul imtahanının strukturu və məzmunu ilə tanış olmaq imkanı yaradılır.

İmtahanda iştirak etmək üçün qeydiyyat internet vasitəsilə aparılıb və ümumilikdə 3698 abituriyent qeydiyyatdan keçib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində, ümumilikdə 21 binada təşkil olunacaq.

Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanın müddəti 3 saatdır.

İmtahanın idarə edilməsi üçün 43 imtahan rəhbəri, 327 nəzarətçi, 21 ümumi imtahan rəhbəri və 42 buraxılış rejimi əməkdaşı ayrılıb.

Gununsesi.info