Bu gündən bu şəxslərə 600 manat müavinət veriləcək

  • By admin
  • 01 Yanvar 2023 10:24

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə bu gündən ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.

Gununsesi.info xəbər verir ki, bu, daha əvvəl Prezident İlham Əliyevin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Müavinət 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək veriləcək.

Gununsesi.info