“Bu insanlar metrodan uzaqlaşdırılır”

  • By admin
  • 20 Avqust 2021 12:27

Metroda vaksinasiya ilə bağlı hər hansı tələb yoxdur.

Gununsesi.info xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.

“Hazırda metroya giriş sərbəstdir. Ancaq Metropolitenin işçiləri və ərazidə xidmət edən polis əməkdaşları tərəfindən vaxtaşırı seçim əsasında yoxlamalar aparılır. Hərarət yoxlanılması, aktiv koronavirus xəstələri ilə bağlı fakt daxil olarsa, həmin insanların metrodan uzaqlaşdırılması ilə bağlı tədbir görülür. Burada həm canlı yoxlama, eləcə də vizual baxış, biometrik kameralar vasitəsilə metro istifadəçilərinin ümumi hərəkətinə nəzarət olunur”, – deyə DİN rəsmisi qeyd edib.