Şuşa və Ağdam məscidlərinə yeni imam müavinləri təyin olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə azan səslərinin yenidən ucalması və ibadət məkanlarının dindarların istifadəsinə verilməsi Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin nəticəsidir.
Çıxışlarda Qarabağ və Şərqi Zəngəzur bölgələrində dini ibadət ocaqlarının tikintisi, əsaslı təmiri və bərpası istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.












