Bu məşhurlar “WhatsApp”dan imtina etdi – ELON MUSK VƏ SƏLÇUK BAYRAKDARDAN AÇIQLAMA

  • By admin
  • 10 Yanvar 2021 22:25

Xəbər verdiyimiz kimi “WhatsApp” fərdi məlumatların “Facebook”-a ötürülməsi ilə bağlı bir bənd əlavə edərək istifadəçi razılaşmasını yeniləyib.

Yeni bəndə görə, “Facebook” şirkətinin bir parçası olan “WhatsApp” öz istifadəçilərinin zövqlərini, vərdişlərini təhlil etmək üçün onların şəxsi məlumatlarını şirkətin “tətbiqlər ailəsi” ilə paylaşacaq. Belə ki, həmin məlumatların hər istifadəçi üçün fərdi reklam zərfi seçmək, ona ən uyğun xidmətlər göstərmək üçün zəruri olduğu bildirilir.
Şəxsi məlumatlar arasında istifadəçinin yerləşdiyi ərazi, “ailə”yə aid yüklədiyi və ya sildiyi proqramlar, sosial şəbəkələrdəki iştirakı əhəmiyyət kəsb edir.
Ancaq bu yenilik dünyada “WhtsApp”a olan inamı itirib. Artıq dünyanın bir sıra nüfuzlu şəxsləri adıçəkilən proqramdan imtina edir.
Gununsesi.info xəbər verir ki, “WhatsApp”dan ilk imtina edənlərdən biri ” SpaceX’in qurucusu və “Tesla Motors”un sahibi İlon Maskdan gəlib. Məşhur milyarder artiıq “WhatsApp” dan imtina etdiyini və ” SİGNAL” istifadəsinə keçdiyini yazıb.
Türkiyənin SİHA Sistemi Baykar Bayraktar TB2-nin yaradıcısı, Baykar Müdafiə Texnik müdiri Səlçuk Bayrakdar da özü üçün yeni proqram seçib.
Türkiyəli iş adamı sosial şəbəkə hesabında yazıb: “Yeni qaydalarına görə, “WhatsApp”dan ayrılıram. Təhlükəsiz olduğu üçün “Telegram” və ” Signal” istifadə edirəm”. Xatırladaq ki, “Facebook” korporasiyasına “Instagram” və “Facebook Messenger” daxildir.
Turanə Tağızadə
Gununsesi.info