Bu pulla onkoloji xəstələri müalicə etmək mümkün deyil - Komitə sədri

Büdcədən onkoloji xəstələr üçün ayrılan 50 milyon manat həmin xəstələrin dərmanlarına çatmır.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

“Səhiyyə üçün ayrılan pulun 50 milyonu onkoloji xəstələrə ayrılıb. Bu pul təkcə müalicə üçün deyil, bütün maddi texniki bazanın alınmasına da aid olacaq. Bu vəsaitlə onkoloji xəstələri müalicə etmək mümkün deyil. Heç bu pula dərmanları almaq da kifayət etmir. Bununla bağlı tədbirdə müzakirələr də aparmışıq. Amma görünən odur ki, problem həllini tapmır. Artıq gecikməz olmaz. Onkoloji xəstələrin müalicəsi sahəsində vəziyyət ürəkaçan deyil”, – komitə sədri noyabrın 3-də Milli Məclisdə  İctimai birliklər və dini qurumlar, Ailə, qadın və uşaq məsələıəri, Səhiyyə, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Gununsesi.info