Bu şəxslərə avqust ayından pul ödənəcək -VİDEO

  • By admin
  • 29 İyul 2022 12:28

Avqust ayının ilk günlərində ölkə ərazisində biçin tamamlanacaq. Bu, əsasən buğda və arpaya aiddir. Avqustun ikinci yarısında zərər ödənişlərinin həyata keçirilməsinə başlayacağıq.

Gununsesi.info xəbər verir ki, bu barədə İTV-də yayımlanan “Diqqət Mərkəzi” verilişində qonaq olan Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov danışıb.

O bildirib ki, artıq 500-ə yaxın fermerə 1,5 milyon manat ödəniş təsdiqini tapıb və proses davam edir.

Gununsesi.info