Bu şirkət “Azərsun”a yanğın zamanı dəyən ziyanı ödəyəcək

  • By admin
  • 24 İyun 2022 15:02

“Azərsun Holdinq” MMC bu ilin aprel ayında Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki “Azərsun Sənaye Parkı”nda baş vermiş yanğına görə daşınar və daşınmaz əmlakına dəymiş ziyanı Almaniyanın “Hellman&Friedman” təkrarsığorta şirkəti ödəyəcək.

Gununsesi.info xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı biznes forumunda iştirak edən holdinqin baş icraçı direktoru Savaş Uzan bildirib.

S.Uzan yanğına görə sığorta ödənişi üçün müraciət etdiklərini bildirib:

“Bu işlər bir az vaxt alır, öncə rəsmi hesabatların açıqlanması lazımdır. Hazırda nəticələri, təzminatın ödəniləcəyini gözləyirik”.

Gununsesi.info