Bu xəstəlikləri olanlar pensiya alacaq

  • By admin
  • 28 İyun 2022 19:21

Prezident İlham Əliyev “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Gununsesi.info-nun xəbərinə görə, yeni qanuna əsasən, onkoloji xəstələrin, eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və (və ya) əmək pensiyası almaq hüququ olacaq.