Cəlilabadda dəhşətli qəza - 5 nəfər öldü

  • By admin
  • 12 Mart 2022 13:36

Cəlilabadda yol qəzası baş verib, 5 nəfər ölüb.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı 5 nəfər ölüb. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info