Cəlilabadda iki avtomobil toqquşdu, xəsarət alanlar var

  • By admin
  • 22 Noyabr 2020 22:24

Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, “Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad rayonu ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində rayon sakinləri – 1969-cu il təvəllüdlü Əliyev Əlhüseyn Nizami oğlu və 2000-ci il təvəllüdlü Abdullayev İsa Fikrət oğlu xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info