Çavuşoğlu Ararat Mirzoyanla görüşdü - VİDEO

  • By admin
  • 12 Mart 2022 13:19

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.

Gununsesi.info xəbər verir ki, XİN başçıları Antalya Diplomatiya Forumu çərçivəsində danışıqlar aparıblar.

Görüşdə iki ölkə arasında əlaqələrin normallaşması və regional məsələlər müzakirə edilib. Danışıqlardan sonra nazirlər mətbuata açıqlama veriblər.

Qeyd edək ki, Ermənistanın XİN başçısı Ararat Mirzoyan Türkiyədə səfərdədir. O Antalya Diplomatiya Forumunda iştirak edir.

Gununsesi.info